Lənkəran Dövlət Universitetində “Aqrar sektorda innovativ texnologiyaların inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində verir.
Konfransın plenar iclası 23 dekabr saat 11.30-da LDU-nun Elmi kitabxanasının Böyük akt zalında başlayacaq. Konfrans iştirakçıları həmin gün saat 9.30-10.30 arasında qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, konfransın işində 8 xarici dövlətin (Belarus, Türkiyə, Gürcüstan, Latviya, Moldova, Polşa, Rusiya, Ukrayna) tədqiqatçıları, alimləri, doktorantları iştirak edəcəklər.