SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində “Aqrar sektorda innovativ texnologiyaların inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.

Konfrans 23 dekabr 2022-ci il tarixində baş tutacaq.

Tezislərin tərtibinə qoyulan tələblər:

  • Tezislər Times New Roman 12 şriftlə, 1 intervalla yazılmalıdır;
  • Tezis mətni 1-2 səhifə aralığında olmalı və konfransın adına uyğun tərtib edilməlidir;
  • Tezisin mətni Azərbaycan, rus və ingilis dillərində verilə bilər;
  • Tezisdə müəllifin soyadı, adı, elmi adı və elmi dərəcəsi, aid olduğu müəssisə və e-mail ünvanı göstərilməlidir;
  • Elmi dərəcəsiz müəlliflərin təqdim edəcəyi tezislər üçün təsdiqli rəy tələb olunur;
  • Magistrantlar tezislərini elmi rəhbərləri ilə birgə təqdim etməlidirlər;
  • Tezis müəlliflərinin ən azı biri konfransda iştirak etməlidir;
  • Tezisdəki orfoqrafik səhvlər üçün müəllif məsuliyyət daşımaqdadır;
  • Konfrans üçün tezislər 5 dekabr 2022-ci il tarixinədək qəbul ediləcək;
  • Hazırlanan tezislər [email protected] elektron ünvanında qəbul olunur.

Tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək.