SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində tədris ilinin ilk dərsləri “Anım Günü”-nə həsr olunub. Bu haqda məlumat universitetinin rəsmi saytında paylaşılıb.

İlk dərslərdə tələbələr və universitet heyəti 44 gün davam edən “Vətən Müharibəsi” zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərin xatirəsini yad ediblər.

Həmçinin, onlar Lənkəran Dövlət Universitetinin şəhid tələbə və məzunlarının xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, LDU-da cari tədris ili üçün mövcüd pandemiya qaydalarına riayət olunması üçün tədbirlər görülmüşdür. Universitet ərazisində, həmçinin auditoriyalarda fiziki məsafə gözlənilir, şəxsi gigiyena qaydalarına nəzarət olunur.