Lənkəran Dövlət Universitetinin əməkdaşlıq etdiyi bir sıra universitetlərlə birgə konfrans təşkil ediləcək. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.
8-9 dekabr 2022-ci il tarixlərində baş tutacaq konfransda Lənkəran Dövlət Universiteti ilə Türkiyə Respublikasının “İqtisadi inkişaf və Sosial Tədqiqat İnstitutu”nun (İKSAD) birgə təşkilatçılığı, 22 tərəfdaş ölkənin iştirakı ilə “Beynəlxalq Suptropik və sitrus meyvələri” və “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar mövzusunda danışıqlar aparılacaq.
Konfransda universitetlərin professor-müəllim heyətləri, doktorant, magistrant, həmçinin tələbələr iştirak edəcək, 200-ə yaxın elmi məqalə və tezis dinləniləcəkdir.
Xatırladaq ki, Beynəlxalq konfrans Lənkəran Dövlət Universitetinin Elmi kitabxanasında 8 dekabr tarixində, saat 10.00-da başlanır. İştirakçılardan həmin gün saat 09.30-dək konfrans zalında olmaları xahiş olunur.