Rusiya rəsmisi “Lənkəranski” klanının Rusiyadakı gücündən danışıb. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az Lent.az-a istinadən xəbər verir.
“Biz hələ də 90-cı illərdən qalma, necə deyərlər, “köhnə” banditlərlə mübarizə aparırıq. Hələ onların axırına çıxmaq mümkün olmayıb. İndi isə yeni banditlər – etnik qruplaşmalar peyda olub”, – deyə Sankt-Peterburq televiziyasına müsahibəsində Rusiya İstintaq Komitəsinin Regional İdarəsinin rəisi Yuri Yaşkov bildirib.
Verilən məlumata əsasən, hazırda Sankt-Peterburqun özündə ən güclü kriminal qruplaşmalar azərbaycanlılardır.
“Mən deyərdim ki, onlar bütün Rusiyada güclüdürlər. Onlar Sankt-Peterburqda, İstanbulda, Tbilisidə hələ də vuruşurlar. Siz təsəvvür edin. Onların liderləri Lotu Quli və Rövşən Lənkəranski həyatda olmasalar da, klanları amansız müharibə aparır. Ortada sifarişli ölümlər var və bu hələ də davam edir”, – deyə o əlavə edib.