SON XƏBƏRLƏR

Lənkəran sakini Eldar İlqaroğlunun şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi kitab işıq üzü görüb. Bu haqda bu gün, 26 dekabr tarixində Cenublu.az xəbər verir.

“Şəhidnamə” adlanan bu kitabda yazarın yaşadığı kəndin bütün şəhidlərinə ithaf etdiyi esse və şeirlər, həmçinin də maraqlı hekayələr yer alıb. Kitab vasiətəsilə yazar oxucularına, əxlaqi və mənəvi keyfiyyətlərin yalnız nəzəri olaraq kitablarda deyil, məhz praktiki olaraq, əziz şəhidlərimizin həyatında kifayət qədər nümünələrinin var olduğunu çatdırır.

“Şəhidnamə”  yazarın sayca dördüncü kitabıdır. O, həmçinin “Hamı təkdir bu dünyada” şeirlər və hekayələrdən, “Boladi Şəhidləri” adlı oçerklərdən ibarət kitabların və “Qızlar oxumasın” adlı psixoloji romanın müəllifidir.

Eldar İlqaroğlu 15 may 1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. 2006-2009-cu illərdə ixtisası üzrə orduda zabit kimi xidmət etmişdir. 2011-ci ildən Lənkəran rayon Boladi kənd tam orta məktəbinin hərbi rəhbəri vəzifəsində çalışır.