SON XƏBƏRLƏR

Şəhidlərimiz Mirxəyal Kərimzadə, Vüsal Hüseynov və Tural Hümmətovun anım günləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhid valideynlərinin və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidlərimizin Lənkəran şəhərinin “Kiçik Bazar”, Velədi və Osakücə kəndlərinin qəbiristanlıqlarındakı məzarları ziyarət olunub, qəbirləri üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Eyni gündə şəhidimiz Hümmətov Tural Rövşən oğlunun xatirə bulaq kompleksinin açılışı da baş tutub.

Qeyd edək ki, şəhidimiz M.Kərimzadə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, V.Hüseynov “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, T.Hümmətov isə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.