SON XƏBƏRLƏR

Lənkərandan olan şəhid Zaur Nurullayevin ailəsinin fərdi yaşayış evi qazla təmin edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Unukal.az-a istinadən verir.

Belə ki, şəhidin anası Zəhra Nurullayeva daha öncə qaz xəttinin çəkilməsi barədə müraciət edib. Nəticədə SOCAR “Azəriqaz” İB tərəfindən bu müraciət qısa zamanda yerinə yetirilib.

Qeyd edək ki, kapitan Zaur Nurullayev 2003-cü il iyul ayının 22-dən 23-nə keçən gecə cəbhənin Tovuz rayonu, Əlibəyli kəndi ərazisində düşmənin törətdiyi təxribat zamanı şəhid olub. O, mühəndis istehkam xidmətinin rəisi idi.