SON XƏBƏRLƏR

STEAM İnnovasiya Mərkəzində Beynəlxalq Qadınlar Riyaziyyatda Gününə həsr olunmuş “Mexatronika” yarışması keçirilib. Bu haqda bu gün, 16 may tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

“Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək” layihəsi çərçivəsində təşkil olunan yarışmada Lənkəran rayonu T.Zamanov adına Ürgə tam orta məktəbinin şagirdləri Şahbazzadə Mehriban, Babazadə Nəzrin və Lənkəran Steam Mərkəzinin mentoru Heydərli Turanə Rakif qızının rəhbərlik etdiyi “BRAİN POWER” komandası 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, Unicef Azerbaijan ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və “STEAM Azerbaijan”ın əməkdaşlığı çərçivəsində layihə ölkənin 5 bölgəsində həyata keçirilir.

Bərdə, Lənkəran, Tovuz, Şirvan və Sabirabad STEAM Mərkəzlərində təşkil olunan proqramın əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.