SON XƏBƏRLƏR

Lənkəran Peşə Liseyinin müəllimləri Türkiyə Respublikasının müxtəlif şəhərlərində təcrübə mübadiləsi proqramında iştirak edirlər. Bu haqda bu gün, 22 noyabr tarixində Cenublu.az liseyin Facebook səhifəsinə istinadən xəbər verir.

Liseyin müəllimləri Vuqar Məhərrəmov və Elçin Həsənov aşpazlıq, turizm və otelçilik istiqamətində Antalya şəhərində peşə təhsili müəssisələri və müxtəlif otellərdə təcrübə keçməyə başlayıblar. Tədbir zamanı Türkiyə Peşə Təhsili rəsmi nümayəndəsi Emre Çalışkana Lənkəran Peşə Liseyində “Bir Millət, iki Dövlət” mövzusunda hazırlanan xalça hədiyyə edilib.

Həmçinin bildirilir ki, proqramda iştirak edən mütəxəssislər “Lankəran Spring Wellness Resort” və “Xəzər Palace” otellərindən liseyə  çalışmağa dəvət olunublar.