Folklorşünas, yazıçı-publisist Yədulla Ağazadəyə fəxri ad verilib. Bu haqda bu gün, 9 dekabr tarixində Cenublu.az xəbər verir.
72 yaşlı Yədulla müəllimə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Əməkdar müəllim” fəxri adı verilib.
Yədulla Ağazadə orta təhsilini Lənkəran şəhər 5 nömrəli (1957-1961) və Lənkəran şəhər internat (hazırda gimnaziya) (1961-1967) orta məktəblərində alıb. Bir müddət Lənkəran şəhər meyvə-tərəvəz konserv (1967), Bakı tikinti materialları (1968) və Azərbaycan Boru prokatı zavodlarında fəhlə işləmişdir (1968-1969). 1969-1970-ci illərdə ordu sıralarında xidmət edib.