SON XƏBƏRLƏR

Daha öncə xəbər verdiyimiz kimi, Fransa Senatı 15 noyabr tarixində müzakirəyə çıxaracaq Azərbaycana qarşı sanksiya paketi hazırlayıb. Bunun qarşısını almaq üçün sıravi azərbaycanlılar Fransanın Mesopinions.com saytında petisiya yaradıb və bu müraciət artıq 64 mindən çox səs toplayıb.

Petisiyanın 10 müəllifi var ki, bunlardan biri də bizim soydaşımız, Lənkərandan olan 29 yaşlı gənc Vəzir Mirzəyevdir.

Vəzir Mirzəyevin həmmüəllifi olduğu petisiya artıq dünyaya səs salıb. Belə ki, petisiyaya dəstək üçün artıq Bakıda, Moskvada, AstanadaBişkekdə yerləşən Fransa səfirliklərinin və Kölndə yerləşən Fransa Konsulluğunun önündə aksiyalar keçirilib. Aksiya iştirakçıları Gəncənin Ermənistan tərəfindən açılan raket atəşləri nəticəsində həlak olmuş uşaqları simvolizə edən qanlı kəfənə bürünmüş kuklalarla çıxış ediblər. Həmçinin əllərində həlak olmuş uşaqların adları və şəkillərini, eləcə də hücuma məruz qalan şəhərlərin adlarını və “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır”, “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin” şüarları əks etdirən plakatları tutublar.

PETİSİYANIN AZƏRBAYCAN DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN RUS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN TÜRK DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN FARS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN İNGLİS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN QAZAX DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN ÖZBƏK DİLİNDƏ İMZALANMA QAYDASI

Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq, #AzərbaycanıQoruyaq

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon