SON XƏBƏRLƏR

Coders Caravan proqramlaşdırma sahəsində karyera qurmaq istəyən, Lənkərandan olan gənc xanımlar üçün tam təqaüd imkanı yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verir.

USAID, Coders Azerbaijan, Qara Dəniz Əməkdaşlıq Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest Təqaüd proqramının birgə təşkilatçılığı ilə keçiriləcək layihəyə seçilmiş iştirakçılar 7 ay boyunca həftəiçi hər gün, hər dərs 3 saat olmaqla Full Stack təlimlərində iştirak edəcəklər. Təlimlər nəzəri və praktiki əsaslarda 2 təlimçi və 4 mentor vasitəsilə baş tutacaq. Dərslər onlayn şəkildə xüsusi “Coders Online” metodu vasitəsilə həyata keçiriləcək.

Proqram çərçivəsində hər ay 1 dəfə olmaqla öncədən təyin edilmiş vaxt əsasında rayonda praktiki bacarıqların inkişafı üçün təlimlər baş tutacaq.

Kimlər müraciət edə bilər:

  • Lənkəran rayonunda qeydiyyatda olan;
  • 18-29 yaş aralığında olan;
  • Gələcək karyerasını bu sahədə qurmağı hədəfləyən;
  •  İlkin kompüter anlayışlarına sahib olan;
  • Proqramlaşdırma üzrə həvəsli və motivasiyalı olan.

Yuxarıda qeyd edilmiş meyarlara uyğun olan xanımlar qeydiyyatdan keçə bilərlər.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon