SON XƏBƏRLƏR

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Məqsudə Əliyeva dünyasını dəyişib. Bu haqda bu gün, 9 dekabr tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.

57 yaşlı aktrisa Lənkəranda – yaşadığı evdə vəfat edib.

Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

O, teatrın səhnəsində bir çox tamaşalarda – “Mahmud və Məryəm”də qulluqçu qız, “Vicdanın hökmü”ndə rus qızı, “Pul dəlisi”ndə solist, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda Qumaş kimi obrazlar yaradıb.

Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı olub.