SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə Səttarxan küçəsinin kəsişməsində yerləşən xəndəklər bərbad vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində verir.

Sakinlər bildiriblər ki, üstüaçıq xəndəklərdən ibarət olan kanalizasiya sisteminin yanından keçmək mümkün deyil. Pis qoxu və antisanitariya sakinlərin ciddi narahatlığına səbəb olur.

“Xəndəklərimiz mütəmadi olaraq təmizlənmir. Gərək hər dəfə şikayət edək, günlərlə gözləyək, sonra, bəlkə, gəlib təmizlədilər. Əgər xəndəklər yüksək təzyiqli su ilə və xüsusi kimyəvi maddələrlə yuyulsa, bu hal baş verməz”, – deyə sakinlər bildiriblər.

Xəndək antisanitariya
Xəndək antisanitariya
Xəndək antisanitariya
Xəndək antisanitariya
Xəndək antisanitariya Xəndək antisanitariya Xəndək antisanitariya Xəndək antisanitariya