SON XƏBƏRLƏR

Lənkəran rayonunun Şağlaser kəndində tövlə yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Ümumi sahəsi 150 kv.m olan tövlənin yanar konstruksiyaları 20 kv.m sahədə və çardağına yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.