SON XƏBƏRLƏR

Lənkəran rayonu Parakənd kənd tam orta məktəbinin şagirdləri dərsə getmək üçün hər gün təhlükə ilə üz-üzə qalırlar. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 may tarixində Space TV-yə istinadən verir.

Belə ki, məktəbin qarşısından keçən yolda avtomobillərin sürətlə hərəkət etməsi səbəbindən valideynlər uşaqları məktəbə göndərməyə ehtiyat edirlər.

Sakinlər deyirlər ki, magistralda sürücülərin sürət həddini aşması təkcə şagirdlər üçün deyil, eyni zamanda digər vətəndaşlar üçün də təhlükə yaradır.

Problemin həlli istiqamətində ilkin addımlar atılıb. İlk növbədə müvafiq qurumun əməkdaşları əraziyə gələrək yola piyada zolağı çəkib və yol nişanı quraşdırıblar.

Toğrul Nəsirli, BDYPİ-nin əməkdaşı: “Vətəndaşların müraciəti əsasında tərəfimizdən həmin ərazidə monitorinq təhlili aparılacaq və nəticəyə uyğun olaraq, tədbirlər həyata keçiriləcək”.

Qeyd edək ki, Parakənd kəndində 400-dən çox ailə yaşayır.

 

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,