Son günlər Lənkəran şəhərinin mərkəzi hissələrində suyun çirkli olması ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olur.
Sakinlər bildirirlər ki, kranlarından gələn su paslıdır:
“Biz bu suyu həm yeməkdə, həm içmək üçün istifadə edirik. Amma bu vəziyyətdə olduğundan məcbur qalıb bidonlarda su alırıq. Onları isə daşımaq çətindir. Həmçinin bizim üçün əlavə xərcdir. Xahiş edirik aidiyyəti qurumlardan, məsələni nəzarətə götürsünlər”.