SON XƏBƏRLƏR

Lənkəranın hərbi prokuroru İmran Əhmədovun qardaşı vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində verir.

Belə ki, ədliyyə polkovniki İmran Əhmədovun qardaşı Babək Əhmədov qəfil keçirdiyi infarktdan dünyasını dəyişib. Mərhum, həmçinin Millət vəkili Jalə Əhmədovanın həyatı yoldaşı idi.

Qeyd edək ki, İmran Əhmədov 2019-cu ildə Lənkəran hərbi prokurorluğuna təyinat alıb. Daha öncə o, Bakı hərbi prokuroru vəzifəsində çalışıb.