SON XƏBƏRLƏR

Lənkəranda inşa edilən, şəhidlərimizin xatirəsinə ucaldılan bulaq abidə kompleksinin açılış mərasimi baş tutub. Bu haqda bu gün, 17 noyabr tarixində Cenublu.az Lənkəran ŞİH-yə istinadən xəbər verir.

Haftoni qəsəbəsində baş tutan açılış mərasimində Taleh Qaraşov, şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları və digərləri iştirak ediblər. Kompleksdə Milli Qəhrəman Əliyev Əsgər Ələsgər oğlu, I Qarabağ müharibəsi şəhidləri Əliyev Soltan Məmməd oğlu, Nəsirli Füzuli Əvəz oğlu və Aslanov Natiq Şirəli oğlunun adları əbədiləşdirilib.

Bulağın lentini icra başçısı şəhid qardaşı Əliyev Səfail Məmməd oğlu ilə birgə kəsib. Daha sonra Haftoni qəsəbə tam orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Haftoni bulaq
Lənkəran Şəhər İcra Hakimiyyəti