Lənkəran rayonunun Horavenc kəndinin elektrik dirəklərinin istismar müddəti bitib. Bununla bağlı sakinlər bu gün, 21 yanvar tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemləri həll olunmayıb.
“Dirəklərimiz aşmaq üzrədir. Bəziləri artıq tamamilə çürüyüb. Biri belə aşsa, kəndimiz işıqsız qalacaq. Bir daha aidiyyəti qurumlardan məsələni həll etmələrini xahiş edirik”, – deyə sakinlər bildiriblər.









