Lənkəran Rayon və Ağır Cinayətlər Məhkəmələrinin kollektivi, Şəhər İcra Hakimiyyətinin başçısı və yerli ədliyyə qurumları Lənkəran şəhər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə istinadən xəbər verir.
Tədbir Lənkəran Regional Ədliyyə İdarəsinin təşkilatçılığı ilə baş tutub. İlk öncə iştirakçılar ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Onlar ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, dövlət rəhbərləri ilə görüşlərini əbədiləşdirən fotosənədlər, görkəmli şəxslərin Heydər Əliyev haqqında fikirləri və mərkəzdə yerləşən sərgi ilə tanış olublar.
Daha sonra könüllü qanvermə aksiyası baş tutub.
Qeyd edək ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.