Lənkəranda kanalizasiya sisteminin düzgün işləməməsi küçədə qurdların yığılmasına səbəb olub. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az xəbər verir.
Lənkəranda yağan yağışlar nəinki yolda fəsadlarını qoydu, həmçinin yerin altındakı qurdları da üzə çıxardı. Lənkəran Mədəniyyət Mərkəzinin qarşısında ürəkbulandırıcı hal qeydə alınıb. Belə ki, yağışdan sonra suların kanalizasiyaya axmaması səbəbindən idarənin qarşısı su ilə dolub. Yol boyu kiçik həşəratlar yerin altından çıxaraq, səki boyu məskunlaşıblar. Bu da öz növbəsində ərazidə pis qoxunun yayılmasına səbəb olub.
Sakinlər tez bir zamanda aidiyyəti qurumların məsələ ilə bağlı müvafiq addımlar atacağına ümid edirlər.



