Lənkəran rayonu Şirinsu kənd tam orta məktəbinin rəhbərliyi, müəllim və şagird heyəti Zəfər Günü ilə əlaqədar Bakıya səfər ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.
Adıçəkilən məktəbin nümayəndələri Bakı şəhərində yerləşən Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Belə ki, məktəb kollektivi Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək gül dəstələri qoyub. Sonra Şəhidlər xiyabanında şəhidlərimiz ziyarət ediliblər. Daha sonra Hərbi Qənimətlər Parkında şagirdlərə qənimət kimi götürülmüş düşmən silahları nümayiş olunub və ətraflı məlumat verilib.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran Təhsil Sektorunun dəstəyi ilə həyata keçirilib.