SON XƏBƏRLƏR

Lənkəranda şair-qəzəlxan Ziyafət Yəhyanın 70 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində verir.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin təşkilatçılığı ilə 21 may saat 12:00-da Lənkəran Dövlət Dram Teatrında baş tutacaq.

Qeyd edək ki, AYB-nin üzvü, “Qızıl Qələm” Media mükafatçısı şair-qəzəlxan Ziyafət Yəhya Lənkəran şəhərində müəllim ailəsində anadan olub. O, 2022-ci ildən Prezident mükafatçısıdır.