Lənkəranda qidadan zəhərlənənlərin müalicəsi davam etdirilir. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
24 aprel Lənkəran rayonunun Bəliton kənd sakini Ağayev Arzuman Vəliağa oğlunun yaşadığı evdə keçirilən ad günü mərasimindən sonra sonuncu, onun ailə üzvləri və qohumları, ümumilikdə 17 nəfər şəxs “dəqiqləşdirilməmiş zəhərlənmə, ürək bulanma” diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra 7 nəfər şəxsin vəziyyəti yaxşı olduğundan evə buraxılıb.
Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 10 nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsində araşdırma aparılır.