SON XƏBƏRLƏR

Lənkəran rayon Q.Zeynalov adına Darquba kənd tam orta məktəbində Zəfər bayramına həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 noyabr tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, Lənkəran rayonu üzrə Təhsil sektorunun müdiri, Lənkəran rayon ağsaqqallar şurasının sədr müavini, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin müdiri, Lənkəran Dövlət Universitetinin prorektoru, qazilər və şəhid ailə üzvləri iştirak ediblər.

Sonda Vətən müharibəsinin şəhidi, Darquba kənd tam orta məktəbinin məzunu, şəhid Eşqin Cəfərzadənin xatirəsinə salınmış park ziyarət olunub.