Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.
Görüşdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, təhsil və mədəniyyət nümayəndələri, məktəblilər, gənclər, ziyalılar iştirak ediblər.
İştirakçılar ilk öncə Heydər Əliyev Xatirə parkında gənc rəssamların rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Çıxış edənlər bildirdilər ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirdilər.
Mərasim gözəl musiqi və rəqs nömrələri ilə davam edib.
Qeyd edək ki, tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.