SON XƏBƏRLƏR

Lənkəran Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər salnaməsi” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi,  Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi, Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi çıxış etmiş, həmçinin “Zəfər salnaməsi”nə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Həmçinin tədbir iştirakçıları Mədəniyyət Mərkəzində təşkil edilən Zəfər Gününə həsr edilmiş müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə yaxından tanış olublar.