SON XƏBƏRLƏR

Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Zəfər Günü” adlı konsert proqramı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.

Tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları – Ziyafət Əsgərov, Rüfət Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Lənkəran Zəfər günü
Foto Cenublu.az

Konsert proqramında “Nənələr” Folklor Xalq Kollektivi, “Ay lolo” folklor rəqs ansamblı, müğənnilərdən əməkdar artist Nigar Şabanova, Cavad Rəcəbov, Elşad Qarayev, Talıb Tale, Yeganə Mürsəlova, Habil Əhmədov, Elgün Əlizadə və Qurban Nəzərov iştirak ediblər.

Lənkəran Zəfər günü
Foto Cenublu.az

Şəhidlərimiz – kapitan Vüsal Quliyevin və Taleh İsmayılovun övladlarının çıxışları tədbir iştirakçılarına duyğu dolu anlar yaşadıb.

Sonda atəşfəşanlıq keçirilib.

Lənkəran Zəfər günü
Foto Cenublu.az

 

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə