SON XƏBƏRLƏR

Lənkəranda zavodda işləyən gözətçinin meyiti aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində Report.az-a istinadən verir.

Hadisə ötən gecə rayon ərazisində yerləşən asfalt zavodunun ərazisində qeydə alınıb. Səhər iş yerinə gələn işçilər Lənkəran rayonunun Kosalar kənd sakini, zavodda gözətçi işləyən 30 yaşlı Etimad Fəraqət oğlu Möhsümzadənin meyitini aşkar ediblər.

Meyitin ilkin müayinəsi və baxış zamanı hər hansı zorakılıq əlaməti müşahidə olunmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.