SON XƏBƏRLƏR

Lənkəranda yerləşən iki ticarət obyekti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində quruma istinadən verir.

Belə ki, Lənkəran şəhərindəki Nizami küçəsində yerləşən “Ayaz” market və Sütəmurdov kəndində yerləşən, Nəcəfov Fariz Kamal oğuna məxsus mağaza obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdiyi üçün cərimələniblər.