SON XƏBƏRLƏR

Lənkəranda 16 yaşlı qız məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az Report.az-a istiandən xəbər verir.

Zövlə kənd sakini Hüseynova Şahnaz Elşad qızını sonuncu dəfə məktəbdən çıxarkən görüblər. Qızının evə dönmədiyini görən valideynlər narahat olublar. Hər yerdə axtarmaqlarına baxmayaraq, Şahnazı tapa bilməyiblər.

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.