SON XƏBƏRLƏR

Lənkəranda ikimərtəbəli kommunal binada yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində Report.az-a istinadən verir.

Hadisə rayonun Girdəni kəndinin “mikrorayon” adlandırılan ərazisində yerləşən ikimərtəbəli, 8 mənzilli yaşayış binasında qeydə alınıb.

İlk olaraq, yanğın Zümrüd Mahmudağa qızı Salayevaya məxsus mənzildə başlayıb. Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Baş verən yanğının genişlənməsinin və ətrafa yayılmasının qarşısı alınıb. Bina sakinlərinin təxliyəsinə ehtiyac olmayıb.

Qeyd edək ki, hadisə zamanı mənzildə heç kim olmayıb. Yanğının elektrik avadanlığında baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.