Lənkəranda yaşayış binalarının təmirinə start verilib. Bu haqda bu gün, 31 oktyabr tarixində Cenublu.az xəbər verir.
Belə ki, şəhərin akademik Zərifə Əliyeva küçəsi, 78/15 və Qala Xiyabanı, 5 ünvanlarındakı yaşayış binasında blokların təmiri planlaşdırılıb. Pilləkənlərin qəfəslərinin zədələnmiş hissələri təmir edilir, bloklara yeni dəmir seyf qapılar qoyulur, mərtəbələr arasında pencərələr plastik pencərələrlə əvəzlənir.
Qeyd edək ki, ilkin mərhələdə sözügedən işlərin Heydər Əliyev prospekti, 17/11, Zərifə Əliyeva, 78/9, 20 Nizami, 91, 92, 84, 82 və 85 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarında aparılması nəzərdə tutulur.
Həmçinin Heydər Əliyev prospekti, M.M.Axund küçəsi, Z.Əliyeva küçəsi, 78/5 binasının qarşısı və Qala Xiyabanı küçəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi işləri aparılır.