SON XƏBƏRLƏR

Lənkəranda YAP-nin təsis edilməsinin 30 illik yubileyi ilə bağlı konfrans keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.

Tədbirdə YAP sədrinin müavini Əli Əhmədov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Cavanşir Paşazadə və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak ediblər. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev tədbiri giriş sözü ilə açaraq partiyanın və eləcə də rayon təşkilatının 30 il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

YAP sədrinin müavini Əli Əhmədov çıxışında siyasi təşkilatın yaranma dövrünə, partiyanın inkişaf mərhələlərinə və qarşıda duran vəzifələrə diqqəti cəlb edib. Geniş və əhatəli çıxış edən natiq bildirib ki, YAP-nin tarixində ən böyük uğur Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfərə nail olunmasıdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, YAP cəmiyyətimizdə formalaşmış ictimai-siyasi birliyimizin rəhnidir.

Milli Məclisin deputatı Cavanşir Paşazadə, YAP Lənkəran rayon təşkilatının veteran üzvü Əlimərdan Əliyev və digər çıxış edənlər də YAP-nin yaranma zərurətindən, ötən 30 il ərzində ölkənin ictimai-siyasi həyatında oynadığı roldan, yeni dövrün tələblərinə uyğun olaraq üzərinə düşən vəzifələrdən danışıblar.

Sonda bir sıra YAP fəallarına fəxri fərmanlar və yeni üzvlərə üzvlük vəsiqələri təqdim edilib.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon