SON XƏBƏRLƏR

Lənkəran rayonunun Digah kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində Apa.az-a istinadən verir.

Belə ki, 46 yaşlı Natəvan Sənan qızı Hüseynovaya məxsus ümumi sahəsi 150 m² olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Bunlar – 18 yaşlı Nigar Emin qızı Hüseynova və Elnurə Emin qızı Hüseynovalardır. Nigar Hüseynova yanmamaq üçün özünü pəncərədən aşağı atıb.

O, Təcili Tibbi Yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona hər iki ayağının sınığı diaqnozu ilə ilkin tibbi yardım göstəriblər.

Xəsarət alan digər şəxs ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, xəsarət alan şəxslər bacıdırlar.

Faktla bağlı araşdırma davam edir.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda