SON XƏBƏRLƏR

Lənkəranda yağan qar bir sıra fəsadlar yaradıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində verir.

Belə ki, səhər saatlarından Lənkəran rayonu, Sütəmurdov və Gərmətük kəndlərində, həmçinin şəhərin Dədə Qorqud küçəsi və mikrorayon ərazisində işığın verilişində fasilələr yaranıb.

Eyni zamanda Tofiq İsmayılov, Zərifə Əliyeva və Axund Mirzə Məmmədhüseyn küçələrində qırılmış ağaclar piyada və sürücülər üçün təhlükə yaradır.

Şəhərin Azad Mirzəyev və Səttərxan küçələrinin kəsişməsində elektrik naqili qırılaraq asılı vəziyyətdə qalıb. Bu hal piyadaların ərazidən keçməsinə maneə törədir və onlar üçün təhlükə saçır.

Lənkəranda yağan qarın fəsadları
Lənkəranda yağan qarın fəsadları
Lənkəranda yağan qarın fəsadları
Lənkəranda yağan qarın fəsadları
Lənkəranda yağan qarın fəsadları Lənkəranda yağan qarın fəsadları Lənkəranda yağan qarın fəsadları Lənkəranda yağan qarın fəsadları