SON XƏBƏRLƏR

Lənkəran rayonunda son günlər yağan aramsız yağışlar Veravulçayda suyun səviyyəsini artırıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, Vilvan kənd sakinlərinin sözlərinə görə, kəndin daxilindən keçən çayda suyun səviyyəsinin artması nəticəsində ərazidə subasmalar yaranıb. Nəticədə təsərrüfatlara, xüsusən də sitrus bağlarına ciddi ziyan dəyib.

Eləcə də sel suları torpaq qatı ilə yanaşı, ağacları da yuyaraq aparıb.

Çayın məcrası ilə evlər arasındakı məsafə bəzi yerlərdə 10 metrədək azalıb. Həmçinin bu, çayın kənarlarında torpaq sürüşməsinə səbəb olub və kənddə təxminən, 10 fərdi yaşayış evi təhlükə ilə üzləşib.

Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsindən bildirilib ki, ərazi mütəxəssislər tərəfindən qeydiyyata alınıb və layihə smeta sənədləri hazırlandıqdan sonra həmin yerlərdə işə başlanılacaq.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda