SON XƏBƏRLƏR

Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi naməlum şəxslər tərəfindən döyülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Report.az-a istinadən verir.

Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. 16 yaşlı İsmət Amil oğlu Qədirov naməlum şəxslərin hücumuna məruz qalıb.

O, Lənkəran Mərkəzi Xəstaxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Şagirdin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.