Lənkəran şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.
Belə ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olub. Nəticədə xilasedicilər hadisə yerinə cəlb olunublar və vətəndaşa yardım göstərilib.