SON XƏBƏRLƏR

Mərkəzi Xəstəxanada tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində layihələr keçirilir. Bu haqda bu gün, 5 may tarixində Cenublu.az TƏBİB-ə istinadən xəbər verir.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında uşaqlar üçün səyyar qəbul formatında tibbi xidmətlərin təşkil edilməsi nəzərdə tutulur.

Bu tibbi xidmətlər Respublika Klinik Xəstəxanasının Pediatriya şöbəsinin tibb mütəxəssisləri tərəfindən göstəriləcək.

Səyyar qəbullarda iştirak edəcək həkimlər arasında Türkiyə Respublikasında təhsil almış və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində TƏBİB tabeliyindəki tibb müəssisələrində işə cəlb olunan uzman həkimlər var.

Qeyd edək ki, övladlarını müayinə etdirmək istəyən Lənkəran sakinləri mayın 10-11-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək səyyar qəbula qatıla bilərlər.