SON XƏBƏRLƏR

Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən uşaq bağçasının təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində ApaTV-yə istinadən verir.

Uşaq bağçası-körpələr evi 1973-cü ildən fəaliyyətə başlayıb. 50 il müddətində binada bir dəfə əsaslı təmir işləri aparılıb və binanın dam örtüyü dəyişilib.

Belə ki, valideynlər bağça müəllimlərinin fəaliyyətindən razı olsalar da, binanın köhnə olması və təhlükəli vəziyyəti onları narahat edir. Bu səbəbdən valideynlər uşaqları şəhər bağçalarına qoymaq məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi bildirib ki, yaxın zamanda yeni bağça binasının inşası planlaşdırılır.

Qeyd edək ki, bağçada əvvəllər 3 qrup fəaliyyət göstərirdi, hal-hazırda isə 2 qrup fəaliyyət göstərir. Uşaqların ümumi sayı 23 nəfərdir.