Lənkəranda H.Hüseynov adına Çay fabrik tam orta məktəbinin binası uçulmaq üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində ATV Xəbərə istinadən verir.
Belə ki, məktəbin sinif otaqları yararsız vəziyyətdədir, taxta döşəmələri çürüyüb, qapıları sökülüb, idman zalı və laboratoriyası yoxdur. Bir sözlə, bura hər gün elm xatirinə gələn şagirdlərin həyatları təhlükə altınadır.
Məsələ ilə bağlı Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev bildirib ki, məktəb binası 1952-ci ildə inşa olunub:
“Hal-hazırda məktəb qəzalı vəziyyətdədir. Yaxın zamanlarda yeni məktəb binası tikilib istifadəyə veriləcək”.
Qeyd edək ki, məktəbdə 185 şagird təhsil alır, onlara 26 müəllim dərs deyir.