SON XƏBƏRLƏR

Lənkəran rayonunda tövlə yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Hadisə rayonun Sütəmurdov kəndində baş verib. Ümumi sahəsi 24 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.