SON XƏBƏRLƏR

Lənkəranda ümumi sahəsi 140 kv.m olan tövlədə yanğın baş verib. Bu haqda bu gün, 30 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.

Hadisə rayonun Viravul kəndində qeydə alınıb. Tövlənin yanar konstruksiyaları 38 kv.m sahədə və damına yığılan 10 ton ot bağlamasının 3,5 tonu yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.