SON XƏBƏRLƏR

Lənkəranda tikinti aparılan ərazidə tapılan meyitin kimliyi bəlli olub. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, meyiti tapılan şəxs 46 yaşlı şəhər sakini Tahir Cəlal oğlu Yusubovdur. Verilən məlumata əsasən, mərhum epilepsiya xəstəsi olub və yaxınlıqda yerləşən “Raypo” adlanan yaşayış massivində yaşayıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.