SON XƏBƏRLƏR

Lənkəranda ətraf mühitin mühafizəsi ilə əlaqədar silsilə ekoloji aksiyalar keçirilib. Bu haqda bu gün, 6 may tarixində Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Tədbir ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunub. İlk növbədə İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı ilə meşə fondu ərazisində ağacəkmə tədbiri keçirilib.

Tədbirin davamı olaraq, turistlərin hərəkətini asanlaşdırmaq üçün “çex modeli” üzrə Hirkan Milli Parkında ekoturizm cığırının nişanlanması keçirilib.

Sonda İDEA İB və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü çərçivəsində Xanbulan gölünə 50 min ədad çəki balığı körpəsi buraxılıb. Nəhayət, Bakı Zooloji Parkının təmin etdiyi mühüm növ olan 7 baş tirəndaz təbiətə buraxılıb.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.