SON XƏBƏRLƏR

Peşə Liseyinin tələbələri regionda aqroturizmin və innovativ kənd təsərrüfatının inkişafı üçün işlərə başlayıblar. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az Lənkəran Peşə Liseyinə istinadən xəbər verir.

İlk olaraq 1 hektar ərazidə sitrus bağı əkilir və bu bağın tam SMART (ağıllı bağ) texnologiyası ilə idarə olunması nəzərdə tutulub. Eyni zamanda Peşə Vadisində kənd təsərrüfatı sahəsində daha bir neçə innovativ layihənin icrasına başlanılacaq.

Peşə liseyinin əməkdaşları inanırlar ki, bu layihələr regionda kənd təsərrüfatı sahəsində fermerlərin və təhsilalanların bilik və təcrübələrinin artırılmasında mühüm rol oynayacaq.