SON XƏBƏRLƏR

Lənkəranda gənclər arasında ölümlə nəticələnən münaqişə baş verib. Bu haqda bu gün, 18 noyabr tarixində Cenublu.az xəbər verir.

Hadisə rayonun Kürə adlanan ərazidə  baş verib. 30 yaşlı Seymur Bayramlı 19 yaşlı Cəlilabad rayon sakini Tosif Şohlət oğlu Nəsirovu bıçaqlayıb. Tosif Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilməsinə baxmayaraq, gənc həyatını itirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.